İnternet → İnternet bağlantısında problemlər - bəzi saytlar problemli açılır

Son 1 ayda internet bağlantısından yana üzümüz gülmür. Ofisdəki internet dəndir və ara-sıra kəsilmələr ilə lap bezdirir. Evdə isə dir. Son zamanlara qədər elədə çox problem yaşamırdıq. Hərdən nəsə nasazlıq olurdu. Ancaq son zamanlar burada da tez-tez internet kəsintiləri olmağa başlayıbdı. Son 2 gündə isə lap qəribə problemlər olur. Bəzi saytların açılmağı günün müəyyən periodlarında açılmır. Məsələn , , kimi saytlara gah daxil olmaq mümkün olur, gah da heç açılmır. (php.net Yahoo serverlərində olduğundan eyni problem yaşanır) Sosial platformalar, Facebook və Twitter`də gördüyüm qədəri ilə Yahoo`ya daxil ola bilənlər isə e-mail`ə daxil olmaqda çətinlik çəkirlər. Mən də həmçinin yoxladım, həqiqətən çətin oldu. Ajax`la olan formasına daxil olmaq mümkün olmadı ancaq classic Yahoo mail açıldı.
Digər bir problem də Facebook`un bəzi provayderlərdə zəif işləməsidir. Bu zəifliyə görə də Facebook API`sindən istifadə etmiş saytlarında açılmağı ləngiyir. Məsələn Weboxu`da Facebookda edilən paylaşımların sayını göstərmək üçün API`dən istifadə etmişik deyə, Facebook`u zəif açan provayderlərdə Weboxu`nun açılmağında da ləngimə olur.
Başqa kim, hansı saytların açılmağında problemlərlə üzləşibdisə bölüşsə maraqlı olardı.
- 0
- 7 марта 2010, 21:45
- 39

