Start-up`lar →  Azərbaycanda Private Shopping (özəl alışveriş) - brandbook.az


Azərbaycanda internet inkişaf etdikcə, e-commerce ilə əlaqədar yeni start-uplar da yaranır. Bu dəfəki blog postumuzun mövzusu isə Azərbaycanda ilk «Provate Shopping» modelini tətbiq edən www.brandbook.az saytıdır. Brandbook yenicə fəaliyyətə başlamış dəvətnamə sistemilə üzv oluna bilən alış-veriş ilə modanın kəsişdiyi özəl alış-veriş klubudur. Üzvlər bu özəl alış-veriş keyfini onlarla bərabər yaşamaları üçün öz dostlarını bu kluba dəvət edə bilmə ayrıcalığına sahibdir. Qısacası hər kəsin alış-veriş edə bilmədiyi bir özəl alış-veriş klubu.

Dünyada tanınmış brendlərin məhsullarını 90%-ə qədər endirimlərlə ancaq üzvlərinə təqdim edir. Tekstil məhsulları başda olmaqla, ayaqqabı, kosmetika, aksesuar, idman ləvazimatları, oyuncaq, texnologiya və dekorasiya kimi fərqli kategoriyaları da əhatə edir. Üzvlərini ancaq dəvətnamə yolu ilə qəbul edir, onlara əyləncəli, rahat və əlverişli alış — veriş həyəcanı yaşadır. Təşkil etdiyi fərqli kompaniyalarla prestijli brendlərin 3-7 günlük online butiklərini açaraq üzvlərinə qaçırılmaz fürsətlər təklif edir.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook, IPO-ya 38$-dan açılır

Facebookun etdiyi açıqlama ilə gözlənilən IPO — birjaya açılma ilə əlaqədar detallar müəyyənləşdi. Açıqlamaya görə 18 May Cümə günü NASDAQ-da 421.233.615 hissəsinin, hissə başına 38 dollardan əməliyyata açılacaq. Daha əvvəl müxtəlif mənbələrdə səsləndiyi kimi şirkət birjada qısaltma olaraq FB simvolunu istifadə edəcək.

Hissələrin açılış dəyərinin rəsmi olaraq açıqlanmasından sonra bir sıra suallar da cavabını tapdı. Uzun müddətdir IPO-a açılandan sonra şirkətin dəyərinin nə qədər olacağı biznes dünyasının maraq obyektində idi. Beləliklə Facebook IPO-a son dövrlərin ən yüksək məbləği ilə açılır — 104 milyard dollardan. Ancaq birjada hissələrin dəyəri arta da, azala da bilər, bu zaman Facebook dəyəri düz mütənasib olaraq artacaq və ya azalacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: zvonchuk →  360view.az - API əsas panorama şəkillərinin saytlarla inteqrasiya

Diqqətinizə 360view.az panorama şəkilləri sifarişi saytı üçün hazırladığım API təqdim edirəm.

360view.az saytı üçün API əsas məqsədi panorama şəkillərinin digər saytlarla inteqrasiyasını təmin etməkdir. Bu inteqrasiya sayt istifadəçilərinizə panorama şəkilləri, həmçinin bir neçə panorama şəkillərinin birləşməsindən ibarət virtual 3d turlara 360view.az saytında keçmədən, birbaşa şəxsi saytınızda baxma imkanı yaradacaqdır.

360view.az ümün hazırlanmış API əsas üstünlüyü panora şəkillərinə istənilən vasitə ilə — brauzer, mobil telefon və ya planşet vasitəsilə baxa bilmə imkanıdır. Bu imkan CSS3 və FLASH texnologiyaları sayəsində təmin edilir.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Google, Nexus siyasətini dəyişdirir


Google-un Nexus modelləri, yeni Android versiyalarının ilk nəşr olunduğu telefonlar olaraq diqqət çəkirlər. Yeni update-lər ilk olaraq Nexuslara gəlir. Bu telefonlar xüsusilə Android əməliyyat sisteminin xam halını istifadə edirlər.

Google, Nexus modelləri üçün bir istehsalçı seçir və Nexus modelini o istehsalçı çıxardır. Nexus Ona modeli üçün HTC, Nexus S və Galaxy Nexus üçün Samsung ilə razılaşan Google, Wall Street Journal-ın xəbərinə görə Nexus strategiyasını dəyişdirir.

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatdi

Press-reliz:“Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi qaydalara uyğun olaraq, 15 may 2012-ci il tarixində başa çatıb. Müsabiqəyə ümumi olaraq 1092 layihə təqdim olunub. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub.

Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, “Elektron Təhsil” Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar 30 may tarixində elan olunacaqdır. Müsabiqənin I mərhələsinin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaqdır. Müzakirələrdə iştirak etmək və ya şərh yazmaq istəyənlərin sayı 7 min nəfər təşkil edir. Qeyd edək ki, müsabiqənin saytında qeydiyyatdan keçənlər əsasən müəllimlər, şagirdlər, valideynlər, tələbələr və təhsil üzrə mütəxəssislərdir.

( Ətraflı oxuyun )
Paylaş :